Siciliya

Siciliya
Sicilia
Sicìlia
Bayraq Gerb
Bayraq Gerb

37°35′59″ şm. e. 14°00′55″ ş. u.


Ölkə
İnzibati mərkəz Palermo
Tarixi və coğrafiyası
Yaradılıb 15 may 1946
Sahəsi
  • 25.711 km²
Hündürlük
3.340 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.983.478 nəf. (2019)[2]
Rəqəmsal identifikatorlar
ISO kodu IT-82
Rəsmi sayt
Siciliya xəritədə
Siciliya xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Siciliya[3]Aralıq dənizində ən böyük ada. İtaliya muxtar vilayətlərindən biri. Sahəsi 25,460 km². Apennin yarımadasından cənubda yerləşir və Messina boğazı vasitəsi ilə ondan ayrılır. Sahilləri, əsəsən, dik və az girintili çıxıntılıdır. Dağlıq və təpəli relyef üstündür. Şimal sahili boyu Apennin yarımadasındakı dağların davamı olan silsilələr və ayrı-ayrı massivlər (Peloritan dağları, Nebrodi, Le-Madoniye) uzanır. Mərkəzi hissəsini alçaq dağlıq sahələr və təpəliklər tutur; cənub-şərqdə karstlı İblen platosu yerləşir. Şimal və qərb sahillərində akkumulyativ düzənliklər var. Adanın ən yüksək nöqtəsi Etna vulkanıdır (3340 m). Tez-tez zəlzələlər olur. Faydalı qazıntıları: kükürd, neft, təbii qaz və s. İqlimi Aralıq dənizi tipli subtropikdir. Etnanın zirvəsi ilin 9 ayı qarla örtülü olur. İllik yağıntı düzənliklərdə 400–600 mm, dağlarda 1200–1400 mm. Çayların çoxu yayda quruyur. Torpaqları əsasən, dağ-qəhvəyi və qırmızıdır. Makvis, qariqa və Aralıq dənizi tipli çöl bitkiləri geniş yayılmışdır. Adanı Siciliya boğazı Bon yarımadasından, Messin boğazı isə Apenin yarımadasından ayırır.

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. Italian National Institute of Statistics. 1926.
  3. ASE, VIII cild, Bakı, 1984, səh. 466

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search